Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır

Oxunma sayı: 22
20-04-2024, 08:25

Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır.

Arasdırma.info xəbər verir ki,, bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib.

Onun sözlərinə görə, hazırda bazarda avtomobillər maya dəyərindən aşağı qiymətə satılır:

“2023-cü ilin yazında bazarda avtomobil qıtlığı qiymətlərin artmasına səbəb olmuşdu. Nəticədə ölkəyə daha çox nəqliyyat vasitəsi idxal edildi. Təəssüf ki, bu da öz növbəsində bazarlarda avtomobillərin qiymətlərinin aşağı düşməsinə səbəb oldu”.

O qeyd edib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin göstəricilərindən 31,3% azdır:

“Avtomobillərin təkrar ixracı isə 443,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,8% çoxdur”.//report

Paylaş
Xəbər lentİ