Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Oxunma sayı: 110
27-04-2024, 08:36

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu
Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır.

Bu qənaətə “World Weather Attribution” (WWA) təşkilatının analitikləri gəliblər.

Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir. Lakin ekoloqların fikrincə, aprelin 15-16-da yağan yağışlar atmosferə atılan istixana qazlarının miqdarını daha da artırıb. Mütəxəssislər izah edirlər ki, hava nə qədər isti olsa, buludlarda su bir o qədər çox olar. Nəticədə, yağıntılar sənaye sektorunun inkişafından əvvəlki dövrlə müqayisədə 10-40 faiz daha intensiv olub.//oxu

Paylaş
Xəbər lentİ