Putin və Paşinyan arasında danışıqlar başa çatdı - FOTO YENİLƏNDİ

Oxunma sayı: 23
9-05-2024, 08:35

Putin və Paşinyan arasında danışıqlar başa çatdı - FOTO YENİLƏNDİ
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Kremldə keçirilən danışıqlar başa çatıb.
Arasdırma.info APA-ya istinadla xəbər verir ki, Putin-Paşinyan danışıqları bir saatdan bir qədər çox davam edib.
***
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyana bağlı qapılar arxasında regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib.
Kremldə keçirilən görüşdə Putin Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin rekord həcmdə artığını söyləyib.
Bundan əlavə, Putin Paşinyanla görüşdə qeyd edib ki, Avrasiya İqtisadi İttifaqında əməkdaşlıq bütün “beşlik” ölkələri, o cümlədən Ermənistan və Rusiya üçün müsbətdir.
Putin Paşinyanı təkcə ticarət dövriyyəsinin artımını deyil, həm regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi, amma bunu mövzunu qapalı rejimdə müzakirə etməyi təklif edib.
Qeyd edək ki, Kremldə Putin-Paşinyan ikitərəfli danışıqları keçirilir. Danışıqlar bu gün Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclası çərçivəsində baş tutub.

Paylaş
Xəbər lentİ