"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Oxunma sayı: 136
20-05-2024, 23:59

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün İran Prezidenti İbrahim Rəisi və ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb və helikopterdəki bütün siyasi elita həlak olub.

Arasdırma.info xəbər verir ki, “Bild” jurnalisti Julian Röpkenin dediyinə görə, İran lideri 45 illik “Bell 212” helikopteri ilə pis hava şəraitində uçub.
Helikopter məcburi eniş zamanı qəzaya uğrayıb və təyyarə ilə əlaqə kəsilib.

“Bild”in müxbiri Xulian Röpkenin sözlərinə görə, belə bir vəziyyətdə köhnə helikopterlə uçuş “intihar” hesab edilə bilər:

"Əgər xəbərlər doğrudursa, yəni Rəisi 45 illik “Bell 212”də VFR olmayan hava şəraitində səyahət edibsə, bu, sadəcə olaraq intihardır".

Qeyd edək ki, “Bell 212” ABŞ istehsalı olan helikopterdir.

Paylaş
Xəbər lentİ