Qəzzada bir gündə 60-dan çox fələstinli öldü

Oxunma sayı: 107
27-05-2024, 20:38

Qəzzada bir gündə 60-dan çox fələstinli öldü
İsrailin bölgədəki hərbi əməliyyatları nəticəsində son 24 saat ərzində Qəzza zolağında 60-dan çox fələstinli ölüb, 400-ə yaxın fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 66 nəfər ölüb, 383 nəfər yaralanıb”, - nazirlikdən bildirlib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin əlavə edib ki, anklavda İsrail təcavüzü qurbanlarının ümumi sayı 36 min 50 nəfərə çatıb, daha 81 min 26 nəfər yaralanıb.

Paylaş
Xəbər lentİ