Krasnodar yaxınlığında sənədləri yoxlanan şəxs 28 yaşlı polisi vuraraq öldürüb (FOTO)

Oxunma sayı: 77
31-05-2024, 07:21

Krasnodar yaxınlığında sənədləri yoxlanan şəxs 28 yaşlı polisi vuraraq öldürüb (FOTO)
Krasnodar diyarında sənədləri yoxlanması üçün dayanan şəxs 28 yaşlı polisi vuraraq öldürüb.

Arasdırma.info xəbər verir ki,32gun.az-ın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk mayın 30-da bildirib ki, hücum edən şəxs federal axtarışdadır.
Polis və onun həmkarları Vodniki kəndi ərazisində növbətçilik edərkən şübhəli bir kişini görüblər. Sonuncu patrul avtomobilini görərək qaçmağa çalışsa da, buna nail ola bilməyib. Sənədləri yoxlayan zaman müttəhim silahı çıxarıb və işçilərdən birinin qarnına atəş açıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Hücum edən şəxs saxlanılaraq müstəntiqlərə təhvil verilib, onun federal axtarışda olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd faktı ilə bağlı cinayət işi açılıb .
93.ru -nun məlumatına görə , faciənin günahkarı 30 yaşlı Perm vilayətindən olan şəxs olub. Polis onu görən zaman kişi kolluqda olub.
“İstintaq zamanı şübhəlinin bütün qanunsuz əməllərinə hüquqi qiymət veriləcək”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.
“Baş serjant Yusuf Tuğuzun 28 yaşı var idi və 2017-ci ildən hüquq-mühafizə orqanlarında çalışırdı. Arxasında iki azyaşlı uşaq qoyub”, - deyə İrina Volk yekunlaşdırıb.

Paylaş
Xəbər lentİ