Dünya şokda - Tramp güllələndi - VİDEO

Oxunma sayı: 47
15-07-2024, 08:23

Dünya şokda - Tramp güllələndi - VİDEO
ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə eks-prezidentin Pensilvaniyada keçirilən çıxışı zamanı baş verib. Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Sabiq prezidentin sözçüsü Stiven Çun Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Sui-qəsd zamanı mitinq iştirakçılarından bir nəfər həlak olduğu deyilir.
“The Washington Post” nəşrinin məlumatına görə, ona atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.
ABŞ-nin hazırki prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri Donald Trampla telefon danışığı aparıb. Lakin iki siyasətçinin telefon danışığının təfərrüatları barədə məlumat verilmir.//bakupost

Paylaş
Xəbər lentİ