Deputatların evləri yandırıldı – Ölənlər var

Oxunma sayı: 36
6-08-2024, 18:34

Deputatların evləri yandırıldı – Ölənlər var
Banqladeşdəki iğtişaşların iştirakçıları son bir gündə iki parlament deputatı və keçmiş Baş nazir Şeyx Hasinanın partiyasının 100-dən çox siyasətçi və fəalının evlərini yandırıb və ya dağıdıblar.

Arasdırma.info bu barədə “Daily Observer”ə istinadən xəbər verir.

Yandırılmış evlərin yerində 6 nəfərin cəsədi aşkarlanıb.

Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.//viral.az

Paylaş
Xəbər lentİ