Qarışıq döyüş növləri üzrə məşhur döyüşçü Həbib Nurməhəmmədovun vergi orqanlarına 300 milyon rubldan (təxminən 6 milyon manat) çox borcu olub və bu səbəbdən onun əmlakına, o cümlədən ailə evi və bahalı avtomobil parkına həbs qoyulub.
Arasdırma.info xəbər verir ki, Nurməhəmmədovun bir neçə şirkəti artıq bağlanmışdı və onun döyüş təbliğatı olan “Eagle FC”-nin hesabları da bağlanmışdı.
UFC-nin yüngül çəkidə keçmiş məğlubiyyətsiz çempionu Həbib Nurməhəmmədovun 79 milyon rubl (1 milyon 567 min manat) dəyərində əmlakı həbs olunub. Bu barədə “Mash” telegram kanalı məlumat yayıb.
Bu, Nurməhəmmədova qarşı borclarına görə ilk tədbir deyil. Mənbənin sözlərinə görə, əvvəllər Həbibin “Eagle FC”, idmançının xeyriyyə fondu, eləcə də şəxsi hesabları bloklanıb. Bundan başqa, onun bir neçə şirkəti sənədlərdəki qeyri-dəqiq məlumatlara görə bağlanıb.
Nurməhəmmədovun hazırda Dubayda olduğu vurğulanır. Onun və komandanın yaxın vaxtlarda Dağıstana dönəcəyi gözlənilir. İdmançının özü isə hələ ki, aktivlərinin həbsinə münasibət bildirməyib.//lent.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70