Yer atmosferinə asteroid daxil oldu

Oxunma sayı: 17
5-09-2024, 08:20

Yer atmosferinə asteroid daxil oldu
Bakı vaxtı ilə 20:45-də ölçüsü təxminən bir metr olan asteroid Yer kürəsinin atmosferinə 63 min km/saat sürətlə daxil olub.
Arasdırma.info Cahantv.az-a istinadən xəbər verir ki, proqnozlara görə, kiçik asteroid atmosferdə yanıb, onun qalıqları isə dənizə düşəcək. Səma cisminin düşməsini Filippində müşahidə etmək olar.
Alimlər asteroidi Yerə təxmini düşmə vaxtından səkkiz saat əvvəl görüblər. Bu, doqquzuncu dəfədir ki, alimlər səma cismi haqqında xəbərdarlıq edərək, onun atmosferə daxil olma anını dəqiq bildiriblər

Paylaş
Xəbər lentİ