Makqreqor prezident olmaq istəyir

Oxunma sayı: 26
6-09-2024, 17:56

Makqreqor prezident olmaq istəyir
Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqor gələn il İrlandiyanın prezidentliyi uğrunda mübarizə aparmaq planlarını açıqlayıb.

Arasdırma.info xəbər verir ki, bu haqda o özünün “X” hesabında yazıb.

"İrlandiyanın bütün İrlandiya xalqı tərəfindən qəbul edilən fəal prezidentə ehtiyacı var. Bu mənəm. Mən yeganə məntiqli seçiməm. 2025-ci ilə az qaləb ", - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Makqreqor prezident postuna namizədliyini irəli sürə biləcəyini elan etmişdi.

İrlandiyanın prezidenti 83 yaşlı Maykl Hiqqinsdir. O, iki dəfə; 2011 və 2018-ci illərdə prezident seçkilərində qalib gəlib. İrlandiya Konstitusiyasına görə, bir nəfər iki dəfədən artıq prezident ola bilməz.//lent.az

Paylaş
Xəbər lentİ