Şimali Koreya beşinci gündür ki, Cənubi Koreyaya doğru zibil dolu hava şarları göndərir.
Atasdırma.info Cahantv.az-a istinadən xəbər verir ki, bu barədə Seul meriyası məlumat yayıb.
Seul iddia edir ki, KXDR-in oxşar hərəkətləri sentyabrın 4-dən bəri davam edir.
Öz növbəsində, KXDR Cənubi Koreyanın təbliğat vərəqələrinin atılmasını cavabsız qoymayacağı ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, may ayından başlayaraq Cənubi Koreyaya KXDR-dən zibil dolu hava şarları gəlir. Bu artıq 17-ci belə hadisədir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70