Çinin Çunçin şəhər uşaq bağçasının müdiri Van Linə müəllimlər günündə uşaqlardan biri bahalı şokolad qutusu hədiyyə edib.
Arasdırma.info xəbər verir ki, Çində 10 senytabrda qeyd olunan Müəllimlər günündə uşaqlardan biri direktoru təbrik etmək üçün 85 dollar dəyərində şokolad konfeti gətirib və ona sevgisini bildirib.
Müəllim qutunu açaraq, uşaqları da şokolada qonaq edib. Lakin bundan xəbər tutan Təhsil nazirliyi məmurları uşaqdan şokolad almağın qadağan olduğunu əsas gətirərək direktoru işdən azad edib.
Belə ki, ölkədə şagirdlərdən hər hansı hədiyyə, pul və s. alınması qanunla qadağandır və rüşvət hesab edilir.
Bununla barışmayan Van yerli məhkəməyə müraciət edib. Hakim qadının işdən çıxarılmasını əsassız hesab edib və şokoladın rüşvət məqsədilə alınmadığı, verilmədiyi sübut edilib. İndi Van iş yerinə bərpa olmalı, əlavə olaraq, kompensasiya almalıdır.//bakupost
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70