Toyda 15 milyon pul yığıldı - Çamadanlarla daşındı - VİDEO

Oxunma sayı: 7
Dünən, 13:13

Toyda 15 milyon pul yığıldı - Çamadanlarla daşındı - VİDEO
Türkiyənin Van şəhərində keçirilən qəbilə toyunda gəlinə 2 kilo qızıl, bəyə isə 15 milyon TL pul taxılıb.

Bakupost.az türk mediasına istinadla xəbər veirr ki, Vanda Gevdan Qabilə Qanadı Şehmuz Işıkın oğlu Ömər Işık Mizgin İşıqla evlənib.

Ölkədən və xaricdən təxminən 6 min insanın iştirak etdiyi toy mərasimində gəlinə 2 kilo qızıl, bəyə isə 15 milyon TL pul taxılıbb.

2 ton ət xörəklərinin paylandığı toy mərasimində qəbilə liderləri, QHT rəhbərləri, iş adamları və çoxlu qonaqlar iştirak edib.

Toy 4 saat davam edib.

Yığılan pullar çamadanlara qoyularaq daşınıb.

Toy mərasiminin sonunda açıqlama verən iş adamı Veysel Ürüm adlı gənc, toya gələn hər kəsə təşəkkür edib.
Pulun önəmli olmadığını, birlik və bərabərliyin əsas olduğuna işarə edən bəyin atası Gevdan Aşirəti Rəy Lideri Şehmuz Işık, "Dəyərli dostlarımızı aramızda görməkdən qürur duyuram. Sizin gəlişiniz və dostluğunuzdur əsas olan, birliyimizi və həmrəyliyimizi paylaşdığınız üçün hamınıza minnətdaram”, deyib.

Bəyin qardaşı Cigerhun Işık bəyə 15 milyon TL ödəndiyini bildirib:

"Uzaqdan, yaxından, xaricdən toyumuza qatılan bütün dostlarımıza təşəkkür edirik. Toyumuza 6 minə yaxın qonaq qatıldı. Xırdabuynuzlu heyvanlar da daxil olmaqla 2 ton ət kəsdik", deyə bildirib.

[media=]

Paylaş
Xəbər lentİ