“Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi Təl-Əvivin əleyhdarlarına siqnal oldu.
Arasdırma.info xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant məlumat verib.
"Bu hərəkətlər bizə qarşı addım atanlara və indi bunu etməyi düşünənlərə - İsrailə qarşı müharibəyə başlayanlara açıq siqnaldır", - o bildirib.
Qallant qeyd edib ki, Nəsrullahın İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən məhv edilməsi dövlətin tarixində ən mühüm əks-tədbirlərdən biridir.//Publika.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70