Jurnalist evində ölü tapıldı

Oxunma sayı: 18
30-09-2024, 23:43

Jurnalist evində ölü tapıldı
TRT Xəbər Van Bürosunda çalışan 42 yaşlı müxbir Behçet Özen evində ölü tapılıb.

Arasdırma.info Manset.az-a istinadən xəbər verir ki, 11 il TRT-də çalışan müxbir Behçet Özendən iki gün xəbər ala bilməyən yaxınları və həmkarları onu yoxlamaq üçün evinə gedib.

Qapı açılmayanda hadisə yerinə polis və tibb qrupları cəlb olunub.

Evə daxil olan polis qrupları Behçet Özeni mətbəxdə hərəkətsiz vəziyyətdə tapıblar. Müxbirin infakt nəticəsində ölmüş ola biləcəyi bildirilib.

Cəsəd müayinə olunduqdan sonra ölümün dəqiq səbəbi məlum olacaq.

Paylaş
Xəbər lentİ