Orta əsrlərin sonlarında Avropanı bürüyən kütləvi ifritə ovları 1487-ci ildə Dominikan keşişi Henri Kramerin yazdığı bir kitab - Malleus Malefikarum ("Cadugərlərin çəkici") sayəsində başlayıb. Bu ov 45 min insanın ölümü ilə nəticələnib.
Arasdırma.info xəbər verir ki, yeni araşdırmaya görə, məhz katolik kilsəsinin dəstəklədiyi bu əsər minlərlə insanın ölümünə hökm verən məhkəmə proseslərinin və edamların əsasını qoyub.
“Cadugərlərin çəkici” cadugərliyin teoloji izahını verir və cadugərlərin məhvi üçün praktiki təlimatlar təklif edir. Tədqiqatçılar təqiblərin qəfil artımını kitabın nəşrinin 15-ci əsrin ortalarında çap maşınının yaranması ilə eyni vaxta düşməsi və onun yayılmasını xeyli sürətləndirməsi ilə əlaqələndirirlər. Bu kitab nəşr olunmazdan əvvəl cadugərliyə inanc mövcud idi, lakin sistemli cadugər ovu başlamamışdı.
Tədqiqatçılar vurğulayırlar ki, Kramerin kitabı cəmiyyətə qarşı sui-qəsdə çevirib, cadugərlərə qarşı təqib adı altında minlərlə məsum insanın məhvinə səbəb olub.
Mərkəzi Avropanın 553 şəhərində məhkəmə sənədlərinin təhlili göstərib ki, kitabın nəşr olunduğu bölgələrə “ifritə ovu” daha geniş hal alıb.
Bu proseslər qonşu vilayətlərə də yayılaraq kütləvi isterika, ittiham dalğaları yaradıb. Ümumilikdə, cadugər ovu nəticəsində 90 minə yaxın insan mühakimə olunub, onların yarıdan çoxu edam edilib.//lent.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70