Adnan Oktarın 1 MİLYARD dollarlıq sərvəti müsadirə olundu

Oxunma sayı: 19
27-10-2024, 07:58

Adnan Oktarın 1 MİLYARD dollarlıq sərvəti müsadirə olundu
Türkiyədə azadlıqdan məhrum edilən saxta din adamı Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı bildirilir.

Atasdırma.info xəbər verir ki, məhkəmə Oktarın işi ilə bağlı apellyasiya şikayətini iyul ayında başa çatdırıb.

O cinayətkar qruplaşma yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil və təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə maddələrinə görə 8463 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Əldə olunan məlumata görə, məhkəmə prosesinin yekunlaşmasından sonra Adnan Oktarın 200 milyon dollar maddi və əmlakı da daxil olmaqla ümumilikdə 1 milyard dollara yaxın sərvəti müsadirə olunub.//lent.az

Paylaş
Xəbər lentİ