Əfqanıstanın Fəziləti Təbliğ və Fəzilətin qarşısının alınması Nazirliyinin rəhbəri Xalid Hənəfi qadınların bir-biri ilə danışmasını qadağan edən yeni fərman verib.
Arasdırma.info xəbər verir ki, bu barədə "Amu TV" məlumat yayıb.
Fərmana əsasən, qadınların səsi başqa qadınlar tərəfindən eşidilməməlidir. Bundan əlavə, onlara Quranı bir-birinin yanında ucadan oxumaq və təkbir söyləmək qadağandır. Beləliklə, əfqan qadınlarına hətta öz evlərində belə danışmaq qadağan edilib.
Avqustun əvvəlində Taliban qadınlara ictimai yerlərdə danışmağı və mahnı oxumağı, üzlərini göstərməyi və nazik parçadan paltar geyinməyi qadağan edib. Qanun qadınların xarici görünüşü və davranışı ilə bağlı bir sıra tələbləri, o cümlədən onların nə dinləyə biləcəyi, fotoşəkil çəkə biləcəyi və kimə baxa biləcəyi ilə bağlı müddəaları müəyyən edir.
Bundan əlavə, Taliban əfqan qadınlarından ictimai yerlərdə üzlərini tamamilə örtmələrini və qalın parçalardan tikilmiş paltar geyinmələrini tələb edir. Qadınların ictimai nəqliyyatda kişilərə baxması və onların yanında oturması da qadağandır.
Taliban hakimiyyəti yenidən ələ keçirdikdən sonra dəfələrlə vətəndaş hüquqlarına hörmətlə yanaşacaqlarına söz verib, lakin İslam ənənələrinə əməl edəcəklərini şərt qoyub. Tədricən qadınların və digər sosial qrupların hüquqları məhdudlaşdırılmağa başlyıb. Taliban Qadın məsələri üzrə nazirliyi ləğv edib. Bundan əlavə, hicabsız qadınların avtomobillərdə daşınmasını qadağan ediblər. Martın sonunda Taliban kişilər və qadınlar üçün parklara ayrı giriş imkanı tətbiq edib.//qaynarinfo
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70