Gürcüstan prezidentindən qeyri-qanuni addım: Vəzifəsindən əl çəkməyəcək

Oxunma sayı: 11
1-12-2024, 00:39

Gürcüstan prezidentindən qeyri-qanuni addım: Vəzifəsindən əl çəkməyəcək
Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, səlahiyyət müddətinin dekabrın 16-da başa çatmasına baxmayaraq, parlament "qeyri-legitim" olduğundan o, dövlət başçısı vəzifəsini tərk etməyəcək.

"Mən sizin prezidentiniz olaraq qalıram, qanuni parlament yoxdur, buna görə də qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək", - Zurabişvili televiziya müraciətində bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti artıq prezident seçkisini dekabrın 14-nə, andiçmə mərasimini isə dekabrın 29-na təyin edib. Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası deputat Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi göstərib.

Gürcüstan prezidenti ilk dəfə olaraq ümumxalq səsverməsi ilə seçilməyəcək. Dövlət başçısı 300 nəfərdən ibarət seçicilər heyəti tərəfindən seçiləcək. Onun tərkibinə Gürcüstan parlamentinin bütün (150) deputatları, Acarıstan və Abxaziya Ali Şuralarının nümayəndələri, həmçinin yerli hakimiyyət orqanlarının deputatları daxil olacaq.

Hazırkı prezident Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi ilə altı il müddətinə seçilib. Bundan sonra prezident 5 il müddətinə seçiləcək.//Cahantv.az

Paylaş
Xəbər lentİ