Suriya müxalifətinin silahlı qrupları hökumət qüvvələrinin nəzarətində olan ölkənin ən böyük şəhərlərindən biri Həmaya doğru irəliləyirlər. “Times of Israel” məlumat yayıb. Müxalif qrupun komandiri Həsən Əbdül Qəni sosial şəbəkədə yazıb ki, artıq Həmaya daxil olmağa başlayıblar. Müxaliflər dünəndən Həmanın mərkəzinə girmək üçün intensiv cəhdlər edirlər.
Hazırda şəhər ətrafında İranın proksi qüvvələri və Rusiya hərbi aviasiyası tərəfindən dətəklənən Suriya ordusu ilə müxalifət arasında şiddətli döyüşlər gedir. Ötən həftə müxaliflər Hələb şəhərini ələ keçirərək, Həma istiqamətində strateji mövqelərdə yerləşiblər.
Həma 2011-ci ildə Prezident Bəşər Əsədə qarşı qiyam kimi başlayan vətəndaş müharibəsi boyu hökumətin əlində olub. İsrail nəşrinin fikrincə, şəhərin yenidən fəallaşmış müxaliflərin əlinə keçməsi Dəməşqlə müttəfiqləri Rusiya və İran arasında şok dalğaları yaradacaq.
Şəhər Hələbdən Dəməşqə gedən əsas yolun üzərində yerləşir və oranın ələ keçirilməsi Suriyanın ən sıx məskunlaşma bölgələrini birləşdirən əsas mərkəzi şəhər olan Homsa müxaliflərin irəliləməsinə yol açacaq. Həma həm də böyük dini azlıqların yaşadığı iki böyük şəhərə - xristianların məskunlaşdıqları Muxra və ismaililərin yaşadıqları Salamiyyəyə nəzarət üçün çox vacibdir.//musavat
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70