Dəvə hücumları ilə bağlı rəhbərlikdən kömək istədilər

Oxunma sayı: 455
29-07-2020, 16:54

Dəvə hücumları ilə bağlı rəhbərlikdən kömək istədilər
Rusiyanın Həştərxan vilayətinin Orangeri, Fedorovka və Ninovka kəndlərinin sakinləri rəsmi orqanlardan onları vəhşi dəvələrin hücumundan qorumağı tələb ediblər.

Mk.ru xəbər verir ki, yerli sakinlər meyvə ağacları yolunda dəvələrin çəpərləri qırdığını və qaz kəmərlərini dağıtdığını bildirirlər.

Onların dediyinə görə, indi dəvələrin balaları var, onlar daha da aqressivləşiblər və sadəcə gözlərinə baxdıqda belə adama hücum etməyə hazırdırlar.

Kənd sakinləri çölə çıxmaqdan qorxduqlarını deyirlər.

İkryaninski rayon rəhbərliyindən bildirilib ki, bu dəvələri bir vaxtlar yerli təqaüdçü böyütməyə başlayıb, lakin yaşına görə bu işdən əl çəkib heyvanlara nəzarəti dayandırıb, buna görə də onlar rayon ətrafına səpələnib artıblar

Paylaş
Xəbər lentİ