Paşinyandan şok addım: “Təcili yardım maşınları vasitəsilə...”

Oxunma sayı: 316
4-12-2020, 13:16

Paşinyandan şok addım: “Təcili yardım maşınları vasitəsilə...”
“Etiraz edən insanlara qarşı zorakılıq tətbiq etmək üçün İrəvana təcili yardım maşınları ilə əlavə polis qüvvələri daşınır”.

Arasdırma.info xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan deyib.

“Şəhər (İrəvan) tamamilə iflic vəziyyətdədir. Ermənilər vətən xainini (Baş nazir Nikol Paşinyanı) ləyaqətlə rədd edir. İndi özünə hörmət edən polis o vətən xaininin əmrlərini yerinə yetirməkdən imtina edərdi. Hələ də vətən xaininə itaət edən polislər sabah bağışlanmayacaq. Əgər əlavə polis qüvvələrinin təcili yardım maşınları ilə daşınması barədə məlumat doğrudursa, bələdiyyə sədri də məhkəmə qarşısına çıxarılcaq”, - Zohrabyan bildirib.

Paylaş
Xəbər lentİ