AKP-yə İstanbulda şok tələ - Türkiyəni silkələyəcək iddia

Oxunma sayı: 600
3-04-2019, 05:24

AKP-yə İstanbulda şok tələ - Türkiyəni silkələyəcək iddia
İstanbul ətrafında böyük oyun oynanılır, məqsəd ölkəni qarışdırmaqdır. İstanbulda AKP-yə qarşı böyük oyun oynanılıb.

Arasdırma.info xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli deyib. O bildirib ki, İstanbuldakı seçkilərlə bağlı olduqca etibarlı mənbələrdən sensasion məlumatlar əldə edib:

“Türkiyədə seçki sisteminə görə, seçki qutularından çıxan nəticələr anındaca Yüksək Seçki Qurumu (YSK) ilə bərabər, seçkilərdə iştirak edən partiyaların seçki qərargahlarına da göndərilir. İstanbul böyükşəhər bələdiyyəsinə keçirilən seçkilər zamanı səslərin təqribən 80 faizinə çatanda AK Partiyanın namizədi Binəli Yıldırım hardasa 4 faiz öndəydi. Səslərin sayılması 90 faizə yaxınlaşanda Binəli Yıldırım seçkidə qalib gəldiyini elan etdi. Çünki AK Partiyaya, eləcə də digər partiyaların seçki mərkəzlərinə göndərilən bülletenlərdə Binəli Yıldırımın rəqibini təqribən 2 faiz üstələdiyi görünürdü. Lakin AKP-çilər YSK-nın başqa nəticələr açıqladığını görəndə şoka düşdülər. Məlum oldu ki, partiyalara göndərilən seçim sonucları başqa, YSK-ya göndərilən seçim sonucları başqadır. Səslər 91 faizi keçəndə AK Partiya YSK-ya şikayət etdi və möhürlənmiş bülletenləri göndərdi. Partiyalara göndərilən möhürlənmiş seçki bülletenlərini görəndə YSK da şoka düşdü və seçkinin nəticələrinin elanını təqribən 1 saat dayandırdı”.

R.Bəşirli qeyd edib ki, bu oyun əsasən AKP-nin yüksək səs aldığı rayonlarda oynanılıb ki, provokasiyanın geridönüşü olmasın:

“Məsələn, Üsküdarda, “AKP-nin qalası” sayılan rayonda 1250 səs etibarsız sayılıb. “CHP-nin qalası” olan Beşiktaşda isə cəmi 200 səs etibarsız sayılıb. Həmin Üsküdarda, hansı ki AKP-nin ən güclü olduğu rayonlardandır, seçki məntəqələrinin birində Binəli Yıldırım 201 səs, Əkrəm İmamoğlu 76 səs, Vətən Partiyası isə 1 səs alıb. Partiyalara göndərilən bülletenlərdə də belə göstərilib. YSK-ya göndərilən bülletenlərdə isə həmin məntəqədə Yıldırımın 201 səsi İmamoğluna verilib. İmamoğlunun 76 səsi Vətən Partiyasına, Vətən Partiyasının 1 səsi isə Binəli Yıldırıma yazılıb. Başqa bir məntəqədə isə YSK-ya göndərilən bülletendə Binəli Yıldırımın 196 səsi Vətən Partiyasına yazılıb. Bu arada bu işə Vətən Partiyasının da daxil edilməsi manidardır. Vətən Partiyasının sədri Doğu Perinçəkdir və bu partiya heç vaxt 00,01 faizdən çox səs almır. İndi necə olur ki, bu partiya AKP-nin güclü olduğu rayonların birində qosqoca Binəli Yıldırımdan çox səs alıb?”

Politoloq qeyd edib ki, AKP İstanbulun 24 rayonunda, MHP isə 1 rayonunda seçkini udub və rayon bələdiyyələri AKP-nin əlindədir:

“CHP isə İstanbulun 14 rayonunu götürüb. Necə olur ki, bu 24 rayonun seçiciləri AKP-nin namizədinə səs verir, amma böyükşəhər bələdiyyəsi seçkilərində AKP-nin namizədinə səs vermirlər? Məntiqdən uzaq bir şeydir. Ümumilikdə, seçki bülletenlərinə görə, Binəli Yıldırımın 173 min 300 səsi oğurlanıb. Aradakı fərq isə cəmi 23 min 900-dür ki, bu da İstanbul kimi böyük meqapolislər üçün kiçik bir rəqəmdir. Üstəlik, etibarsız sayılan səslər də var. Bu vəziyyətin necə baş verdiyi isə hələ ki, bizim üçün müəmmalı olsa da, ehtimal ki, işin içində AKP-dən olan bəziləri də var. Amma məsələnin xaricdən idarə olunduğu şübhə doğurmur”.

R.Bəşirli daha bir sensasion bəyanat da səsləndirib. O deyib ki, AKP nəticələrdən YSK-ya şikayət edib, amma burada qərar verərkən hər şeyi fikirləşmək məcburiyyətindədirlər:

“Ola bilər ki, AKP Binəli Yıldırımın səsləri oğurlandığı halda gözlənilən daha böyük provokasiyanın qarşısını almaq üçün geri çəkilsin. Burada dollar məsələsi və məsələnin iqtisadi boyutu da var”.

Paylaş
Xəbər lentİ