Uşaqlıqdan bir-birini sevdilər, 70 il birgə yaşadılar, koronavirusdan öldülər

Oxunma sayı: 302
10-02-2021, 18:50

Uşaqlıqdan bir-birini sevdilər, 70 il birgə yaşadılar, koronavirusdan öldülər
İngiltərənin Böyük Mançester qraflığının Partinqton şəhərindən olan ər və arvad 70 il birgə yaşayıblar və koronavirusa yoluxduqdan sonra 3 gün fərqlə fəfat ediblər.

AAarasdırma.infonun Lent.az-a istinadla verdiyi xəbərə görə, Marqaret və Derek Firt uşaqlıqdan bir-birini seviblər. Onlar 1950-ci ildə evləniblər və 70 il birgə yaşayıblar.

2020-ci ildə 91 yaşlı ərlə arvad müxtəlif xəstəliklərdən xəstəxanaya yerləşdiriliblər. Həkimlər xəstələrin həyatından narahat olublar, Derek isə arvadının yanında olmaq istəyib. Sonradan hər ikisinin COVID-19-a yoluxduqları məlum olub.

50 yaşlı qızları Firt Barbara, atasının anasını ziyarət edərkən koronavirus xəstəliyinə tutulduğunu iddia edir.

Derek yanvarın 31-də vəfat edib, 3 gün sonra isə həyat yoldaşı dünyadan köçüb.

Paylaş
Xəbər lentİ