Minlərlə azyaşlı qız ərə verildi

Oxunma sayı: 297
17-03-2021, 19:13

Minlərlə azyaşlı qız ərə verildi
Cənub-Şərqi Asiya və Sakit okean regionunda minlərlə azyaşlı qız iqtisadi yük hesab edildiyindən ərə verilib.

Arasdırma.info xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, Plan International Australia şirkətinin araşdırması nəticəsində ortaya çıxıb.

Tədqiqat müəlliflərinin fikrincə, uşaqlarla evliliklər əsasən bir səbəbə görə edilir: sanki qızlar onları qidalandırmaq üçün çox pula ehtiyac duyurlar, buna görə böhran dövründə - məsələn, COVID-19 pandemiyası fonunda iqtisadi tənəzzül səbəbindən onları erkən ərə verilirlər.

Save the Children təşkilatının 2020-ci illə bağlı hesablamasına görə, yaxın 4 ildə Cənub-Şərqi Asiya və Sakit okean regionunda minimum 250 min yeniyetmə qız vaxtından əvvəl məcburi nikahla üzləşəcək. //lent.az

Paylaş
Xəbər lentİ