Ermənistanda körpə ölümlərinin sayı artır - Bununla bağlı hər gün xəbərlər yayılır

Oxunma sayı: 330
19-03-2021, 15:10

Ermənistanda körpə ölümlərinin sayı artır - Bununla bağlı hər gün xəbərlər yayılır
Ermənistanda körpə ölümləri ilə bağlı bu ölkənin İstintaq Komitəsi geniş araşdırmalara start verib.

Arasdırma.info erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi araşdırma apararkən yeni məlumatlarla qarşılaşır. Belə ki, dünən Qavar tibb mərkəzində qeysəriyyə əməliyyatı zamanı daha bir uşağın öldüyü məlum olub. Ailəsi bundan xəbər tutandan sonra xəstəxanaya gəlib və aqressiv şəkildə qapıları sındırıb.

Materialların hazırlanması zamanı göstərilib ki, Qeqarkunik bölgəsinin Karmirgyux icmasının sakini olan qadın 18 mart saat 7 radələrində qeysəriyyə əməliyyatı edilib. Məlum olub ki, onun uşağı ana bədnində cansız imiş.

Ölkə ekspertləri bildirir ki, son illər körpə ölümlərinin sayı getdikcə artır. Bu isə hamilə qadınların pis qidalanması, cəmiyyətdə depressiyanın həddindən artıq çox olması və digər sosial aimllərlə sıx bağlıdır.

Hökumət isə bununla bağlı narahatlığa heç bir əsas olmadığını düşünür.//konkret

Paylaş
Xəbər lentİ