ABŞ Rusiyaya bu cür zərbə endirəcək – Kedmi

Oxunma sayı: 304
20-03-2021, 12:04

ABŞ Rusiyaya bu cür zərbə endirəcək – Kedmi
ABŞ-ın Rusiyaya qarşı fəaliyyəti iki istiqamətdədir: iqtisadi istiqamətdə onlar artıq hər şeyi ediblər.

Arasdırma.info xəbər verir ki, bunu İsraildən olan ekspert, İsrailin “Nativ” xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi deyib.

“İkinci istiqamət xarici siyasi təzyiq olacaq. Bunun hədəfi isə Rusiyanın daxilində konfliktləri alovlandırmaqdır. Bu, münasibətləri soyuq müharibə dövründəki anlayışdan daha çətin vəziyyətə daşımış olur. Baydenin Putin haqqında dedikləri (Putini qatil adlandırması – red.) sadəcə texniki detaldır. Rusiyaya təzyiqlərin edilməsi qərarı ABŞ-da çoxdan qəbul edilib, Baydan isə müstəqil fiqur deyil. O, sadəcə ABŞ-da baş verən dəyişikliklərin simptomudur”, – deyə o bildirib.//Axar.az

Paylaş
Xəbər lentİ