Rusiyanı “işğalçı” sayan deputat Babacanyanın Moskvada nə işi var...

Oxunma sayı: 553
21-05-2019, 04:28

Rusiyanı “işğalçı” sayan deputat Babacanyanın Moskvada nə işi var...
Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasından deputatı Arman Babacanyan mayın 30-da Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin dəvəti ilə Moskvaya gedəcək.

Araşdırma.info Virtualaz.orga istinadən xəbər verir ki, bu səfər xüsusi diqqəti cəlb etməzdi, əgər Babacanyanın Rusiya ilə bağlı mövqeyi olmasaydı.

“EA Daily” portalı xatırladır ki, Babacanyan özünün qatı antirusiya mövqeyi ilə tanınır və hətta Rusiyanı “işğalçı” hesab edir.

Babacanyan 1.in.am internet-nəşrinin təsisçi-redaktorudur və vaxtaşırı olaraq həm özü, həm rəhbərlik etdiyi nəşr Rusiyanın əleyhinə sərt məqalələr dərc edib. Məsələn, ötən il həmin saytda dərc edilmiş məqalədə “Robert Köçəryanın qanlı onilliyi” haqda yazılmışdı və müəllif gösərirdi ki, Köçəryan hakimiyyətdə olduğu 10 il ərzində Rusiyanın Ermənistanı işğal etməsinə şərait yaradıb. Həmin məqaləni Babacanyan da özünün Facebook səhifəsində bölüşüb.

Bu yaxınlarda isə Arman Babacanyan Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılmasına çağırmışdı. O bildirirdi ki, Rusiya telekanalları Ermənistana və onun hakimiyyətinə, ölkədə baş vermiş dəyişikliklərə qarşı nifrət təbliğ edir.

Babacanyan formal olaraq Paşinyanın “Mənim addımım” fraksiyasına daxil deyil, amma o Ermənistanın indiki baş nazirinin tərəfdaşıdır və inqilabı fəal dəstəkləyənlərdən biridir.

Paylaş
Xəbər lentİ