ABŞ Türkiyəyə 2 həftə vaxt verdi: S-400-dən imtina et!

Oxunma sayı: 532
22-05-2019, 03:44

ABŞ Türkiyəyə 2 həftə vaxt verdi: S-400-dən imtina et!
ABŞ Türkiyəyə S-400 zenit-raket kompleksindən imtina etməsi üçün 2 həftə vaxt verib.

Arasdırma.info Axar.aza istinadla xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində Ankara Moskva ilə imzalanan S-400 razılaşmasından imtina etməli və ABŞ istehsalı olan “Patriot” sistemlərini almalıdır. Əks halda, Vaşinqton Türkiyəni F-35 proqramından çıxaracaq.

Həmçinin qeyd edilir ki, Türkiyənin “cəzalandırılması” təkcə F-35 çərçivəsi ilə məhdudlaşmır.

Ağ Ev adminstrasiyasının tələbini yerinə yetirməyəcəyi təqdirdə qardaş ölkəyə qarşı sanksiyaların tətbiqi, o cümlədən NATO-nun mümkün reaksiyası istisna edilmir.

Paylaş
Xəbər lentİ