Türk PUA-ları havaya qaldırıldı – Rusiyadan reaksiya

Oxunma sayı: 295
13-04-2021, 22:23

Türk PUA-ları havaya qaldırıldı – Rusiyadan reaksiya
“Türkiyə pilotsuz uçan aparatlarının (PUA) Donbas üzərində görünməsi bizim üçün o qədər də xoş deyil”.

Arasdırma.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Türkiyə ilə çoxşaxəli normal əlaqələrimiz var, amma asan deyil. Görüşlərdə bütün məsələlər müzakirə edilir. Türk məhsullarının ixracatı, digər ölkələrə tədarükü ciddi məsələdir. Bəzi şeyləri bizdən alırlar, öz məhsullarının bir hissəsini satırlar, bununla əlaqədar ixracat nəzarəti də daxil olmaqla müəyyən prosedurlar mövcuddur, bunların hamısı müzakirə olunur. İkitərəfli rabitə kanalları vasitəsilə də bunları qiymətləndiririk və buna davam edəcəyik. Türkiyə PUA-larının Donbasda görünməsi barədə yayılan xəbərlər bizim üçün o qədər də xoş deyil”, - Ryabkov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Yuri Mısyagin Ukrayna ordusu üçün Türkiyədən alınmış dronların Donbasda uçuş həyata keçirdiyini açıqlamışdı.//teleqraf

Paylaş
Xəbər lentİ