ABŞ-nın Moskvadakı səfiri Rusiyanı tərk etməkdən imtina etdi.

Oxunma sayı: 243
20-04-2021, 04:21

ABŞ-nın Moskvadakı səfiri Rusiyanı tərk etməkdən imtina etdi.
ABŞ-ın Moskvadakı səfiri John Sullivan, məsləhətləşmələr üçün Vaşinqtona getmək tövsiyəsinə baxmayaraq Rusiyanı tərk etməkdən imtina etdi.
Arasdırma.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Məlumata görə,Sullivan, Moskvanı tərk etməsini istəsə, Rusiya tərəfinin onu "getməsinə məcbur etməli" olduğu mövqeyinə sadiqdir.
Xatırladırıq ki,16 aprel tarixində Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Kremlin ABŞ-ın Moskvadakı səfiri John Sullivana iki ölkə arasındakı mövcud münasibətlərə dair məsləhətləşmələr üçün evlərinə getməyi tövsiyə etdiyini açıqladı. Nazirin sözlərinə görə, diplomata belə bir tövsiyəni prezidentin köməkçisi Yuri Uşakov verib.

Paylaş
Xəbər lentİ