Rusiya 72 saat vaxt verdi – Daha bir ölkə ilə gərginlik

Oxunma sayı: 280
20-04-2021, 19:30

Rusiya 72 saat vaxt verdi – Daha bir ölkə ilə gərginlik
Rusiya Bolqarıstan səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.

Arasdırma.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bolqarıstan səfiri Atanas Kristin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ora nazirliyin notası verilib. Qərara əsasən, Bolqarıstanın Rusiyadakı səfirliyinin konsulluq xidmətinin birinci katibi Nikolay Panayotov və bu qurumun digər əməkdaşı Çavdar Xristozov “arzuolunmaz şəxs” elan olunub.

Diplomatlara Rusiyadan çıxmaları üçün 72 saat vaxt verilib.

Bunun Bolqarıstan tərəfinin bu ilin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan etmək barədə qəbul etdiyi qərara cavab olduğu bildirilib.

Paylaş
Xəbər lentİ