Bu altı müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişi QADAĞAN EDİLDİ - RƏSMİ

Oxunma sayı: 629
7-03-2017, 11:28

Bu altı müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişi QADAĞAN EDİLDİ - RƏSMİ



Miqrasiya siyasətinin sərtləşdirilməsini qarşısına məqsəd qoyan ABŞ prezidenti Donald Tramp yeni fərman imzalayıb.

arasdirma.info "The Guardian"a istinadən xəbər verir ki, fərmana əsasən, İran, Liviya, Yəmən, Suriya, Sudan və Somali vətəndaşlarının Amerika Birləşmiş Ştatları ərazisinə girişinə 90 günlük qadağa qoyulub. İraqın adı isə yekun siyahıdan çıxarılıb. İraq hökumətinin terrorizmlə mübarizədə ABŞ-a dəstək verməsi Trampın qərarında həlledici olub.

Qeyd edək ki, sözügedən qadağa daha öncə viza alan şəxslərə şamil edilməyəcək.

Paylaş
Xəbər lentİ