Bill Qeyts 27 illik nikahdan sonra boşanır

Oxunma sayı: 15
4-05-2021, 05:44

Bill Qeyts 27 illik nikahdan sonra boşanır
“Microsoft”un banisi Bill Qeyts və xanımı Melinda boşandıqlarını elan ediblər.

Bu barədə Bill Qeyts özünün tvitterdəki səhifəsində bildirib.

"Münasibətimiz barəsində çox düşündükdən və çalışdıqdan sonra evliliyimizə son qoymaq qərarını verdik", - Bill Qeytsin tvitterdə xanımı ilə birlikdə yaydığı açıqlamada qeyd edilir.

Qeytslər bildiriblər ki, onlar 27 il nikah zamanı üç gözəl uşaq böyüdüblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu yaradıblar.//report

Paylaş
Xəbər lentİ