Rüstəm Muradov Qarabağdan geri çağırılır?

Oxunma sayı: 262
5-05-2021, 16:16

Rüstəm Muradov Qarabağdan geri çağırılır?
13 mayda Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradovun altı aylıq əmək müqaviləsinin vaxtı bitir.

Arasdırma.info xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet onun yerinə yaxın zamanlarda digər rusiyalı hərbçinin təyin edilə biləcəyini qeyd edib.

“Joxovurd” xatırladıb ki, əvvəllər Muradovun sülhməramlılara rəhbər gətirilməsi planda olmayıb, Rusiyanın başqa namizədləri olub. Amma birdən Baş Qərargah sülhməramlılara rəhbər kimi Muradovu müdafiə naziri Sergey Şoyquya, o isə öz növbəsində Vladimir Putinə məsləhət görüb.//axar

Paylaş
Xəbər lentİ