7 ərəb ölkəsi İsraillə bağlı bəyanat yaydı

Oxunma sayı: 28
11-05-2021, 16:56

7 ərəb ölkəsi İsraillə bağlı bəyanat yaydı
Arasdırma.info xəbər verir ki, Qüdsün şərqində İsrailin fələstinlilərə qarşı hücumlarından sonra 7 ərəb ölkəsi Tel Əviv hökumətini qınayan açıqlama verib.

Liviya, Qətər, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Tunis İsrailin Qüds şəhərindəki fələstinlilərə qarşı hücumları və fələstinlilərin Şeyx Cərrah Məhəlləsindəki evlərindən zorla çıxarılması təhdidi ilə qarşılaşmaları ilə bağlı etirazlarını bildiriblər.

Liviya Dövlət Ali Şurası, Qətərin Xarici İşlər Nazirliyi, İordaniya XİN, Küveyt XİN, Səudiyyə Ərəbistanı XİN, BƏƏ XİN, Bəhreyn XİN – hər biri ayrılıqda yazılı bəyanat verərək İsrail dövlətinin fələstinlilərə qarşı münasibətini pisləyiblər.

Paylaş
Xəbər lentİ