Ərdoğanla Putin Fələstini müzakirə ediblər

Oxunma sayı: 266
12-05-2021, 15:15

Ərdoğanla Putin Fələstini müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Arasdirma.info Türkiyə prezident iqamətgahının rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Fələstindəki vəziyyəti müzakirə ediblər.

Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının Fələstindəki böhran daha da böyümədən məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayıb.

İki ölkə lideri həmçinin Rusiyanın “Sputnik V” vaksininin Türkiyəyə tədarükünü müzakirə ediblər.//report

Paylaş
Xəbər lentİ