Zurabişvili Tiflis böhranındakı günahkarı “tapdı”

Oxunma sayı: 501
21-06-2019, 19:51

Zurabişvili Tiflis böhranındakı günahkarı “tapdı”
Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.

Arasdırma.info xəbər verir ki, o, parlamentdə baş verən skandalın böyük cinayət olduğunu bildirib. Bununla belə, Zurabişvili parlament qarşısında etirazıların süni dalğa yaratdığını və antidövlət fəaliyyəti daşıdığını vurğulayıb.

O, həmçinin Rusiyanın beşinci kolonunun bu gün həddən artıq təhlükəli olduğunu da deyib:

“Mən bir daha demək istərdim ki, ölkənin və cəmiyyətin parçalanması Rusiyadan başqa heç kimə sərf etmir və bu gün o, Rusiyanın ən təcrübəli silahıdır. Daxili qarşıdurmanı yaradıb, genişləndirənlər Rusiya siyasətini və onun planlarını reallaşdıranlardır. Kimin daim istənilən problemi destabilizasiya ocağına çevirdiyinə baxsanız, hər şey aydın olacaq.

Nəhayət, xarici vətəndaşın (Saakaşvili nəzərdə tutulur – red.) polisi itaətsizliyə çağırması tamam yolverilməzdir. Dövlətin baş verən bütün pozuntulara reaksiya verməsi və nizamı bərpa etməsinin, eləcə də destruktiv qüvvələrə Moskvanın planlarını reallaşdırmaq imkanı verməməsinin vaxtı çatıb”.

Paylaş
Xəbər lentİ