Futbolçuların olduğu avtobus partladıldı - Çox sayda ölü və yaralı var

Oxunma sayı: 255
31-07-2021, 01:32

Futbolçuların olduğu avtobus partladıldı - Çox sayda ölü və yaralı var
Somalinin Kismayo şəhərində futbolçuların olduğu avtobus partladılıb.

Arasdırma.info xəbər verir ki, terror hücumu nəticəsində azı 5 futbolçu ölüb, 10 nəfər isə yaralanıb. Məlumata görə, partlayış yol kənarına yerləşdirilmiş partlayıcı qurğunun işə salınması ilə törədilib. Hücumla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, prezident Məhəmməd Abdullahi hadisəyə görə Əş-Şəbab terrorçularını ittiham edib.//metbuat.az

Paylaş
Xəbər lentİ