Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin edilib

Oxunma sayı: 219
31-07-2021, 01:54

Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin edilib
Tatyana Ostaşenko Ukrayna ordusunun tibbi qüvvələr komandanı vəzifəsinə təyin olunub.

Bu barədə yerli KİV məlumat yayıb.

Ostaşenkonun təyinatını şərh edən müdafiə naziri Andriy Taran tarixdə ilk dəfə ölkə ordusunda bir qadının komandan vəzifəsini icra edəcəyini qeyd edib.

Nazir bildirib ki, Ukrayna yeni sistemə əsaslanan silahlı qüvvələr yaradılması istiqamətində irəliləyir. Onun sözlərinə görə, NATO prinsiplərinə uyğun aparılan islahatlar sayəsində artıq qadınlar da kişilərlə bərabər hərbi xidmət keçmək imkanı qazanıblar.

Paylaş
Xəbər lentİ