Türkiyədə görünməmiş SEL DƏHŞƏTLİ - Video və Fotolarda

Oxunma sayı: 278
11-08-2021, 23:08

Türkiyədə görünməmiş SEL DƏHŞƏTLİ - Video və Fotolarda
Hazırda cənub bölgələrində yanğınlarla mücadilə edən qardaş Türkiyənin şimal rayonlarında bu saatlara böyük sel fəlatəkit yaşanır.

Turkustan.az xəbər verir ki, sel xəbərləri Sinop, Samsun, Bartın və Kastamonudan bir -birinin ardınca gəlir. Güclü yağış səbəbiylə bir nəfər infarktdan öldü, iki nəfər sel suları altında qaldı. Qara dəniz sahilində Kastamonunun Abana və Bozkurt bölgələrində təsirli olan leysan yağışları selə səbəb oldu.

Yağışdan sənaye sahəsi də təsirləndi. Bəzi mağazalarda maşınlar və materiallar yararsız hala düşüb. Ustalar və bələdiyyə qrupları, birinci mərtəbədəki iş yerlərində və mənzillərdə yığılan suyun təmizlənməsi üçün işə başladılar.

Kastamonu Meteorologiya İl Müdirliyi məlumatlarına görə, hər kvadrat metrə 116 kiloqram yağış düşdü. Güclü tufanların həftə ərzində fasilələrlə təsirli olacağı gözlənilir.

Kastamonunun İnebolu rayonunda sel sularında yaxalanan 13 yaşlı Rabia Aydemirin tapılması üçün işlərə başlanılıb. 13 yaşlı qızı Rabia Aydemirin də eyni vaxtda su altında qaldığını deyən ata İbrahim Aydemir hadisənin birdən baş verdiyini ifadə etdi. Sel sularına yaxalanan kiçik qızın tapılması üçün işlərə başlanılıb.

Bartında yağan güclü yağış bəzi bölgələrdə selə səbəb oldu, nəqliyyat vasitələri sürükləndi, bir çox iş yeri və ev su altında qaldı. Axşam saatlarından başlayan leysan, Ulus mahalının, mahalın Kumluca və Apdipaşa qəsəbələrinin həyatına mənfi təsir etdi.

Yağış səbəbiylə Bartın-Karabük karayolunun Yenihan mövqeyində yol çökdü, bir vasitə sel sularına düşdü, avtomobildə olan 2 nəfər AFAD və vətəndaşlar tərəfindən xilas edildi, evlərdə sıxışan 20 nəfər xilas edildi.

Turkustan.az dəhşətli selin yaratdığı video və foto görüntüləri təqdim edir:

Paylaş
Xəbər lentİ