Rusiyada fəaliyyəti qadağan edilən “Taliban” indi Kabuldakı rus səfirliyini qoruyur: “Başlarından tük əskik olmayacaq”

Oxunma sayı: 267
18-08-2021, 08:43

Rusiyada fəaliyyəti qadağan edilən “Taliban” indi Kabuldakı rus səfirliyini qoruyur: “Başlarından tük əskik olmayacaq”
Arasdırma.info “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Kabuldakı səfiri Dmitri Jirnov “Taliban” hərəkatının nümayəndələrinin Rusiyanın diplomatik missiyasının əməkdaşlarının tam təhlükəsizliyini təmin eləməyi vəd elədiklərini söyləyib. Taliblər Rusiyanın Kabuldakı səfirliyini mühafizə altına alıblar.

Jirnov “Rusiya 24” telekanalına müsahibəsində deyib: “Bu gün təhvil-təslim baş verib: Əfqanıstan hərbçiləri, daha doğrusu, bizi mühafizə edən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin hərbçiləri getdilər. İndi taliblər mühafizə edirlər. Onlar bir daha təkrar ediblər ki, rusiyalıların başından bir tük əskik olmayacaq və siz sakit işləyə bilərsiniz”.

Taliblər ölkədə hakimiyyəti ələ keçirib və ölkə Prezidenti Əşrəf Qəni Əfqanıstanı tərk edib. Hazırda Kabul aeroportunda xaos hökm sürür: diplomatik missiyaların və nümayəndələri və yerli sakinlər tələsik uçub getməyə çalışırlar. Güllə səsləri eşidilir, qeyri-rəsmi məlumatlarda həlak olanların olduğu deyilir. Taliblər insanları evlərinə və iş yerlərinə qayıtmağa çağırırlar.

Qeyd edək ki, “Taliban” Rusiyada fəaliyyəti qadağan edilən terror təşkilatları siyahısındadır. Buna rəğmən, ötən ay “Taliban”ın Qətərdəki siyasi ofisinin liderlərindən olan Şahabuddin Dilavərin başçılıq elədiyi nümayəndə heyəti hazırda Moskvada ikigünlük işgüzar səfərdə olmuş və mətbuat konfransı təşkil eləmişdi. Son hadisələr Rusiyanın taliblərlə dil tapdığını göstərir.

Qeyd edək ki, ABŞ başda olmaqla, bir sıra ölkələr son hadisələrlə əlaqədar Kabuldakı diplomatlarını geri çağırıblar.//hurriyet.org

Paylaş
Xəbər lentİ