FETÖ üzvü olmaqda ittiham edilən futbolçu Hakan Şükürün ABŞ-dakı lüks həyatı - FOTOLAR

Oxunma sayı: 625
17-07-2019, 08:30

FETÖ üzvü olmaqda ittiham edilən futbolçu Hakan Şükürün ABŞ-dakı lüks həyatı - FOTOLAR
FETÖ üzvü olmaqdan ittiham edilən sabiq futbolçu və keçmiş millət vəkili Hakan Şükür 2015-ci ildən bu yana ABŞ-a sığınıb.
Futbol kariyerasını başa vurduqdan sonra AKP-də millət vəkili olaraq siyasi həyata atılan Hakan Şükür 2015-ci ilin dekabrında hakim partiyadan istefa verib və müstəqil millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisində yer alıb.

H.Şükür 2015-ci il fevral ayının 12-də öz tviter hesabında Rəcəb Tayyib Ərdoğanı və oğlunu tənqid edən bir yazı paylaşdıqdan sonra haqqında araşdırma başladılıb.

Araşdırmanın nəticəsi olaraq ona 4 il həbs cəzası verilsə də, Hakan Şükür bu məhkəməyə qatılmayıb.
FETÖ üzvü olmaqda ittiham edilən futbolçu Hakan Şükürün ABŞ-dakı lüks həyatı - FOTOLAR

FETÖ-nün Kot d`İvuar imamı olaraq tanınan Mehmet Lütfü Ayal məhkəməyə verdiyi açıqlamada tez-tez Pensilvaniyaya gedərək Gülənin təşkil etdiyi yığıncaqlara qatıldığını və 2015-ci ilin dekabr ayındakı yığıncaqda həmin ərəfələrdə millət vəkili olan Hakan Şükürün də olduğunu qeyd edib.

Araşdırmalar nəticəsində 2016-cı ilin oktyabr ayında H.Şükürün FETÖ üzvlərinin də daha çox istifadə etdiyi “ByLock” istifadəçisi olduğu ortaya çıxıb.

Bütün titulları və medalları əlindən alındı...

2017-ci il 28 mart tarixində "Qalatasaray" klubunun başçısı Dursun Özbək köhnə idarə heyəti üzvləri olan Arif Ərdəm və Hakan Şükürü klubdan xaric etdiklərini açıqladı.

Bununla yanaşı, Çanaqqala universiteti tərəfindən və digər tədbirlərdə ona verilən adlar, titullar və medallar ondan geri alınıb.

Türkiyədən ABŞ-a qaçdıqdan sonra lüks bir həyat yaşayan Hakan Şükür keçən il “Anadolu” agentliyi tərəfindən Kaliforniyadakı evində görüntülənib.

Əmlak dəyərləndirməsinə görə o dönəm ailəsi ilə birgə yaşadığı villanın dəyərinin 3 milyon dollar olduğu və Şükürün burada qalmaq üçün aylıq 6 min 850 dollar kirayə haqqı ödədiyi bildirilir.



3 milyon dollarlıq evi ilə yanaşı, bahalı maşınlara da önəm verən H.Şükürün evinin və iş yerinin qarşısında müxtəlif ciplərin olduğu da kameralara düşüb.



San Fransiskonun ən önəmli mərkəzlərindən olan Palo Altonun ən işlək küçəsi “Universty Avenue” yaxınlığında “Tuts-bakery cafe” adlı kafe açan sabiq futbolçunun işlətdiyi məkan FETÖ üzvlərinin görüş yerinə çevrilib.

FETÖ üzvü olmaqda ittiham edilən futbolçu Hakan Şükürün ABŞ-dakı lüks həyatı - FOTOLAR


Hakan Şükürün kafesi bir çox məşhur simanın eləcə də, “Apple” kimi texnologiya nəhənglərinin və “Stanford”” universitetinin yerləşdiyi yerdədir.

Hakan Şükür “Anadolu” agentliyi tərəfindən görüntüləndikdən sonra evini dəyişib, kafesini isə başqa bir FETÖ üzvünə təhvil verib.

Hakan Şükürün atası Səlmat Şükür də FETÖ təşkilatına üzvlükdə ittiham olunur.

Səlmat Şükür 2016-cı ildə Sakaryada təşkil olunan məhkəmədə silahlı terror təşkilatına üzvlükdə ittiham edilərək həbs olunub.(yeni musavat)
FETÖ üzvü olmaqda ittiham edilən futbolçu Hakan Şükürün ABŞ-dakı lüks həyatı - FOTOLAR
FETÖ üzvü olmaqda ittiham edilən futbolçu Hakan Şükürün ABŞ-dakı lüks həyatı - FOTOLAR

Paylaş
Xəbər lentİ