Merkel rəsmi qarşılanma mərasimində stulda əyləşdi – SƏBƏB - VİDEO

Oxunma sayı: 265
15-09-2021, 20:20

Merkel rəsmi qarşılanma mərasimində stulda əyləşdi – SƏBƏB - VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib.

Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, Merkel ilk dəfə 2019-cu ildə Ukrayna prezidenti Vladimir Zelenskini qarşılayarkən titrəmə keçirib. O zaman kanslerin rəngi ağarıb və ayaq üstə dayanmaqda çətinlik çəkib.



Elə həmin il Merkelin Britaniya Baş naziri Boris Consonun qarşılanma mərasiminə oturaq vəziyyətdə qatılması diqqətdən yayınmayıb.

Həkimlər titrəmələrin Parkinson və ya skleroz xəstəliklərinin müxtəlif formalarının əlamətləri olduğunu ehtimal ediblər.

Paylaş
Xəbər lentİ