11 yaşlı gəlin və 12 yaşlı bəy - Valideynlər həbs edildi - FOTO

Oxunma sayı: 26
23-09-2021, 00:47

11 yaşlı gəlin və 12 yaşlı bəy - Valideynlər həbs edildi - FOTO
Misirin El Havamedia şəhəri yaxınlığındakı kəndlərdən birində polis 11 yaşlı gəlin və 12 yaşlı bəyin valideynlərini həbs edib.

Arasdırma.info Milli.Az a istinadən xəbər verir ki, onlar azyaşlıların nişan mərasimini keçirməkdə ittiham olunublar. Gəlin və bəyin valideynləri qızıl aldıqları bir zərgərlik mağazasının şəkillərinin Facebook-da yerləşdirilməsindən qısa mərasimin qarşısı alınıb. Görüntülər sosial mediada yayılıb və polisin diqqətini çəkib.

Hüquq-mühafizə orqanları uşaqların valideynlərini tapıb, nişanlanmadan bir saat əvvəl onları həbs edib və araşdırmalara başlayıb. Qanuna görə, Misirdə evlənmək yalnız 18 yaşından sonra mümkündür.

Paylaş
Xəbər lentİ