Gürcüstanda fəlakət: Minlərlə insanla əlaqə kəsildi

Oxunma sayı: 234
23-09-2021, 01:00

Gürcüstanda fəlakət: Minlərlə insanla əlaqə kəsildi
Güclü leysan yağışları Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaratmaqda davam edir.
Arasdırma.info xəbər verir ki, muxtar respublikanın Xelvaçuri bələdiyyəsi ərazisindən keçən çaylarda suyun səviyyəsi qalxıb, torpaq sürüşməsi baş verib, bəzi kəndlərlə əlaqə kəsilib.

Xelvaçuri bələdiyyəsinin Periya kəndində torpaq sürüşməsi nəticəsində bir neçə ev uçub.

Xelvaçuri şəhərinin meri bildirib ki, şəhərdə yaradılmış qaynar xəttə torpaq sürüşməsi ilə bağlı 80-dən çox müraciət daxil olub. Artıq 8 ailə ekomiqrantdır. Onların evlə təmin olunmaları istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Gürcüstanın bölgələrində əlverişsiz hava şəraiti, leysan yağışları davam edir. Qara dəniz sahillərində qasırğa ilə bağlı əhaliyə xəbərdarlıq olunub. / Axar.az

Paylaş
Xəbər lentİ