30 il əvvəl itkin düşmüş kişi evə qayıtdı və...

Oxunma sayı: 25
23-09-2021, 07:38

30 il əvvəl itkin düşmüş kişi evə qayıtdı və...
Rumıniyanın Bacau şəhərinin sakini, 30 il əvvəl yoxa çıxmış Vasile Qorqos, itkin düşərkən əynində olan paltarda evinə qayıdıb.

Arasdırma.info xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstrən Adevarul qəzeti məlumat yayıb.

Mal-qara taciri olan Qorqoş 1991-ci ildə bir gün evdən çıxır və geri qayıtmır. Uzun axtarışlardan sonra ölü elan edilir. Yaxınları hər il onun üçün anım mərasimi də keçirirlər. Lakin...


2021-ci il avqustun sonunda Qorqoşun ailəsinin yaşadığı fermer evinin yanında qəfildən bir maşın dayanır və itkin fermer maşındandüşür. Baş verənləri seyr edən qonşular otuz il əvvəl, 63 yaşında ikən yoxa çıxmış Qorqoşu gördükdə heyrətə gəlir: budur, onun artıq 93 yaşı var!

Əvvəlcə ailəsi pis bir zarafat olaraq baş verənlərə inana bilmədi, amma Vasile yoxa çıxmazdan əvvəl sonuncu dəfə geyindiyi paltar əynində idi! Kifayət qədər yaxşı fiziki formada olsa da qocalıq demansından əziyyət çəkirdi və son otuz il ərzində nə baş verdiyini xatırlamırdı. Yalnız bu müddət ərzində "evdə" olduğunu cavablandırırdı. Sənədləri cibində idi; hətta 1991-ci il tarixli Ploesti şəhərinə gedən qatar bileti də üstündən tapıldı!

Ailə ehtimal edir ki, kimsə qocanı bu vəziyyətdə görərək, kömək etmək məqsədilə pasportunda göstərilən ünvana gətirib.//azerforum

Paylaş
Xəbər lentİ