İrəvana uçan Türkiyə təyyarəsi ilə bağlı ŞOK İDDİA: Ərdoğan nüfuzlu şəxsi Ermənistana niyə göndərdi?

Oxunma sayı: 228
25-09-2021, 01:56

İrəvana uçan Türkiyə təyyarəsi ilə bağlı ŞOK İDDİA: Ərdoğan nüfuzlu şəxsi Ermənistana niyə göndərdi?
Erməni mətbuatı dünən saat 17:00 radələrində İrəvan hava limanına eniş edən Türkiyəyə aid şəxsi təyyarə ilə bağlı yeni detallar ortaya çıxarıb.

Arasdırma.info Axar.az-a istinadla xəbər verir ki, hazırda ondan çox erməni media qurumundan olan müxbirlər Ermənistanın Mülki Aviasiya Komitəsinin qarşısındadır.



“Artıq uzun müddətdir ki, bizim rəsmi sorğumuza cavab verən tapılmır. Bizi maraqlandıran əsas sual budur: O təyyarə kimə məxsusdur? Bu sualımıza cavab tapsaq, artıq sonrakı mərhələdə o insanın Ermənistana gəlmə səbəbini araşdırmağa çalışacağıq. Hazırda bizdə olan məlumata əsasən, təyyarə Ankaradan qalxıb və birbaşa İrəvan hava limanına gəlib. Təyyarənin göyərtəsində Türkiyənin nüfuzlu şəxslərindən biri olduğu bildirilir. Onun Ermənistana Paşinyanla Zəngəzur dəhlizinin açılışı ilə bağlı bəzi məsələlərdə olan problemlərin müzakirəsi üçün gəldiyi bildirilir”, - deyə erməni jurnalistlər qeyd edib.
İrəvana uçan Türkiyə təyyarəsi ilə bağlı ŞOK İDDİA: Ərdoğan nüfuzlu şəxsi Ermənistana niyə göndərdi?

Paylaş
Xəbər lentİ