Ər-Riyadda İŞİD üzvü olduğu ehtimal edilən şəxs öldürülüb

Oxunma sayı: 673
8-03-2017, 13:02

Ər-Riyadda İŞİD üzvü olduğu ehtimal edilən şəxs öldürülüb



Bu gün Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri paytaxt Ər-Riyadda İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilən şəxsin saxlanılması ilə əlaqədar əməliyyat keçirib.

CahanTV-nin SPA agentliyinə istinadən verdiyi məlumata görə, atəş açan şübhəli cavab atəşi ilə zərərsizləşdirilib.

Əməliyyat zamanı onu müdafiə edən şəxs saxlanılıb.

Paylaş
Xəbər lentİ